12 İyun 2020 11:47
1 941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Silahlı Qüvvələrinə aid hərbi mütəxəssislərdən ibarət qrup ilk dəfə Liviyada görüntülənib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin müxtəlif birliklərinin xüsusi təyinatlıları Liviyada mülki əhalinin evinə qayıtması üçün paytaxt Tripoli ətrafından vurub çıxarılan Haftar ordusunun geri çəkilərkən basdırdığı partlayıcı maddə və minaları təmizləyir.

Liviyanın legitim hökuməti bəyan edib ki, Haftara bağlı qüvvələr geri çəkilərkən mülki əhalinin yaşadığı yerlərdə qurduğu partlayıcı maddələr səbəbindən 27 nəfər ölüb, 40 nəfər yaralanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər