12 İyun 2020 22:38
3 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milli Kəşfiyyat Xidmətinin (MİT) rəisi Hakan Fidan İraqa gizli səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İraqın “Arabic” telekanalı məlumat yayıb.

Telekanalın hökumətdəki mənbədən aldığını iddia etdiyi məlumatda qeyd edilib ki, MİT rəhbəri Hakan Fidan iyunun 11-də İraqın paytaxtı Bağdada gizli səfərə gəlib. Səfər çərçivəsində Fidanın yeni qurulan Baş nazir Mustafa əl-Kazıminin rəhbərliyindəki kabinetin üzvləri ilə görüşüb.

Məlumatda səfərin gecə saatlarında gerçəkləşdiyi bildirilib.

Rəsmi Bağdad yayılan məlumatla əlaqədar açıqlama verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər