Ukrayna prezidenti Petro Poroşenko Dövlət Sərhəd Xidmətinin rəisi Nikolay Litvini vəzifəsindən azad edib.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, 757/2014 saylı müvafiq fərman dünən axşam prezidentin saytında yerləşdirilib.
”Litvin Nikolay Mixayloviç Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsindən azad edilsin", - sənəddə deyilir.
Poroşenko digər fərmanla Dövlət Sərhəd Xidməti rəisinin mavini Pavel Şişolini də vəzifəsindən azad edib.General-polkovnik Şişolinin yerinə Viktor Nazarenko təyin edilib.
Nihad