Çin alimlərinin üzərində işlədiyi 6 koronavirus peyvəndindən biri üzrə ikinci sınaq başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.
Məlumata görə, 200 nəfərin üzərində aparılan araşdırmanın birinci mərhələsi may ayından bəri davam edirdi.
Son açıqlamada isə artıq birinci mərhələnin başa çatdığı, ikinci sınaq mərhələsinin başladığı bildirilib. Çinli elm adamları koronavirus peyvəndinin bu il hazır olacağını iddia edirlər.