ABŞ-ın Minneapolis şəhərində baş verən silahlı hücumda bir nəfər həyatını itirib, 11 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, etirazçılar şəhərdə yerləşən bir neçə restoran və barlara silahlı hücum edib. Hadisə zamanı həyatını itirənin kişi olduğu, yaralıların isə həyati təhlükəsinin olmadığı bildirilib.
Əlavə edək ki, Minnesota ştatın Minneapolis şəhərindəki kütləvi nümayişlər ötən ay qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayıb.