22 İyun 2020 08:25
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni koronavirusun yayılması ilə əlaqədar 22 İyundan etibarən maska ​​taxmayan vətəndaşlar cərimələnəcək.

Teleqraf.com-un məlumatına görə, maskaların taxılması ölkənin bütün vilayətlərində məcburi olacaq.

48 vilayətdə maskalar taxmaq bütün yerlərdə, 33 vilayətdə isə ticarət mərkəzlərində, mağazalarda, restoranlarda, kafelərdə və izdihamın müşahidə olunduğu digər yerlərdə məcburidir.

Cərimənin 900 türk lirəsi (təxminən 130 ABŞ dolları) olacağı qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər