7 Oktyabr 2014 11:35
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada keçirilən seçkilərin nəticələrinə görə, beş keçmiş futbolçu deputat mandatı alacaq.

Trend "İnterfaks" agentliyinə istinadən bu barədə Bloomberg agentliyi xəbər verir.

Seçilənlər arasında iki dünya çempionu, 1994-cu ilin qalıbləri: Romario və Bebeto vardır.
Həmçinin seçkilərdə Portuqaliyanın "Portu" komandasının sabiq hücumçusu Mario Jardel, keçmiş qapıçısı Danrley və Loao Leyte, eləcə də "Korintians" klubunun sabiq prezidenti Andres Sançes qalib gəliblər.

Braziliyada ümumi seçkilər oktyabrın 5-də keçirilib. Onun gedişində prezident seçilə bilməyib. İkinci turda hazırkı prezident Dilma Rusef və sağçı partiyasından namizəd Esio Neves iştirak edəcəklər.


Müəllif:

Oxşar xəbərlər