“Belarus vətəndaşlarının böyük əksəriyyəti respublikadakı mövcud hökuməti dəstəkləyir”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Bu gün Belarusda hakimiyyət dəyişməyəcək! Biz istədiyimiz üçün yox, çoxluq istədiyi üçün. Əksəriyyətin fikrinin nə olduğunu bilirik. Biz, sadəcə bu rəy sorğularını çap etmirik”, - Lukaşenko bildirib.
Eyni zamanda, Belarus lideri siyasi rəqiblərinə müraciət edərək, problemlər haqda danışmağa çağırıb:
“Hər hansı bir probleminiz varsa, bunları bildirin. Məndən başqa heç bir güc bunları həll etməz. Heç kim”.
Belarus Prezidenti qarşıdan gələn prezident seçkiləri zamanı heç bir saxtakarlığın olmayacağını da əlavə edib:
“Mən, dinc bir insanam, bu gün mövcud olan sülhü və sabitliyin məhv olmasını istəmirəm. Bəziləri bu sabitliyi anormal olaraq qiymətləndirir, deyirlər ki, bizə belə sabitlik lazım deyil. Bəlkə, başqaları daha yaxşısını edəcək, hər şeyi avqustun 9-da qərara alın”.
Qeyd edək ki, Belarusda prezident seçkiləri avqustun 9-na təyin edilib. Təqvim planına uyğun olaraq erkən səsvermə avqustun 4-dən 8-dək keçiriləcək. Hazırda prezident seçkilərində 7 nəfərin, o cümlədən “Belqazprombank”ın keçmiş rəhbəri Viktor Babarikonun iştirak edəcəyi bəlli olub.