Sərhədin İran tərəfindən açılan atəş nəticəsində bir türk əsgəri həlak olub, iki nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında olayın hansı şəraitdə baş verdiyi açıqlanmayıb. Bunun sərhədin bu tərəfində PKK terror təşkilatına qarşı əməliyyatlar keçirən türk ordusunun artilleriya zərbələrini dəstəkləyən İran ordusunun “dost” atəşi olub-olmadığı bildirilməyib.
Məlumata görə, Türkiyə hərbi qüvvələri Hakkarinin cənub-şərq əyalətindəki, sərhədyanı Yüksekova şəhərində kəşfiyyat və müşahidə missiyasını reallaşdırıb.