7 Oktyabr 2014 18:52
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə mollanı döyərək küçənin ortasında soyundurublar.

ANS PRESS-in məlumatına görə, Sakarya şəhərində 55 yaşlı mollanı çılpaq şəkildə qan içində tapıblar.

Xəstəxanaya yerləşdirilən 55 yaşlı A.G. 5 uşaq atasıdır. O, uzun müddət məscidin axundu olub. Onun başından ağır xəsarətlər aldığı bildirilir.

Mollanın dediyinə görə, namazdan çıxandan sonra 3 nəfərin hücumuna məruz qalıb. Tanımadığı şəxslər onu vəhşicəsinə döyüblər. Daha sonra lüt sonyundurublar və əl-ayağını bağlayıblar.

Qeyd edək ki, həmin mollar 3 il bundan əvvəl bir qadını qaçırmaqda günahlandırılıb. Onun 3 uşaq anası olan qadına təcavüz etdiyi barədə də söhbətlər gəzir. Deyilənlərə görə, molla elə bu səbəbdən döyülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər