İranda ötәn sutka әrzindә daha 2 628 nәfәrdə koronavirusa aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat yayıb.
Onun sözlərinə görə, nəticədə İranda COVID-19-a yoluxanların sayı 217 724 nәfәrә yüksəlib. Sadat Lari virus daşıyıcılarından 2 912 nәfәrin vәziyyәtinin ağır olduğunu söyləyib.
Son 24 saatda daha 109 nәfәr koronavirusdan həyatını itirib. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 10 239 nәfәrә çatıb.