Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində daha bir nəfər koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Beləliklə, işğal bölgəsində koronavirus xəstələrinin sayı 115 nəfərə çatıb.
Hazırda karantində də 115 nəfərin olduğu bildirilib.