29 İyun 2020 19:45
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərbi Şəriyyənin bir hissəsinin İsrailə ilhaqı iki-üç aya başa çata bilər”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail kəşfiyyat xidməti – MOSSAD-ın rəhbəri Yussi Kohen deyib.

O, ilhaqın ABŞ-dakı seçkilərdən əvvəl başa çatacağını istisna etməyib.

MOSSAD rəhbəri fələstinlilərin indiyədək bütün məqbul təklif və planları rədd etdiklərini bildirib: “Amma sevindirici haldır ki, mülayim ərəb rejimləri İsraillə iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər