1 İyul 2020 01:36
4 980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak və ailəsi ilə bağlı sosial şəbəkədə əxlaqsız paylaşım edən E.B. saxlanılıb.

Teleqraf.com xəbər verir ki, 4-cü övladı dünyaya gələn Berat və Esra Albayrak cütlüyü yeni doğulan körpəsinə Həmzə Saleh adı verib.

Mersin şəhərində yaşayan E.B. bu xəbərdən sonra Tvitterdə bununla bağlı təhqiramiz paylaşım edib. İzləyicilər E.B.-yə sərt reaksiya göstəriblər. Kibercinayətkarlıqla Mübarizə Dairəsi əməkdaşları həmin şəxsi nəzarətə alıblar.

İstintaqı davam edən E.B.-nin işi sabah məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Berat Albayrak Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük qızının həyat yoldaşıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər