Şimali Koreyanın Xarici İşlər nazirinin müavini Tsoy Son Xi Pxenyanın Vaşinqtonla danışıqlar prosesini bərpa etməyə ehtiyac görmədiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
“Biz üz-üzə oturub ABŞ-la danışıqlar aparmağa hər hansı ehtiyac hiss etmirik, çünki onlar ölkələrimiz arasındakı dialoqa daxili siyasi böhrandan çıxmaq üçün bir vasitə kimi baxırlar”, – deyə o bildirib.
Qeyd olunur ki, ABŞ dövlət katibinin müavini Stiven Biqan gələn həftə Cənubi Koreyaya səfər etməyi və Seul nümayəndələri ilə KXDR-lə danışıqları müzakirə etməyi planlaşdırır.
Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In Cənubi Koreyaya qarşı hərbi əməliyyatlar planını təxirə salmışdı.