Türkiyənin şərq bölgəsində əvvəlcədən proqnozlaşdırılan güclü yağış sel və daşqınlara səbəb olub.
Teleqraf.com xəbər verir ki, Qars vilayətinin Akyaka rayonunda yerləşən Karahan kəndinin əsas hissəsi su altında qalıb. Muşun Malazgirt rayonun Bostankaya kəndində isə 50-dən artıq iribuynuzlu heyvanı sel aparıb. Rayonun 15-dən artıq kəndində əkin sahələrini lil basıb. Erzincan vilayətinin Üzümlü rayonundakı Qurd dərəsi seldən daşaraq ətrafı dağıdıb. Yüksək gərginlikli elektrik xətlərinin dəmir dirəkləri yıxılıb.
Metroloqlar bəzi bölgələrdə bu günlərdə əlverişsiz hava şəraitinin davam edəcəyini, sel və daşqınların yaranacağını bildiriblər.