7 İyul 2020 11:39
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Prezidenti Jair Bolsonarın COVİD-19 virusuna yoluxduğu bildirilir.

Teleqraf.com xəbər verir ki, virusla əlaqədar qoruyucu maska taxmadığına görə tənqid olunan 65 yaşlı Bolsonar testdən keçirilib.

Testin cavabı açıqlanmasa da, Braziliya liderinin vəziyyətinə dair məlumatlar üzə çıxıb. Onun hərarətinin 38 dərəcə olduğu və hidroksiklorokin dərmanı qəbul etdiyi qeyd edilir.

Məlumata görə, dövlət başçısının yaxın bir həftəlik proqramı təxirə salınıb.

Xatırladaq ki, Braziliyada 1,6 milyon insan virusa yoluxub, 65 500 insan isə vəfat edib.


Müəllif: Cavad