8 İyul 2020 13:50
2 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan koronavirus infeksiyasına yoluxub.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Andranik Köçəryan deyib.

O, Balayanın təcrid olunduğunu bildirib.

Əlavə edək ki, Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 535 artaraq 29820-ə çatıb. 521 xəstə bu səbəbdən ölüb. Ermənistan Silahlı Qüvvələri də kütləvi şəkildə yayılan infeksiyadan yan keçməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər