13 İyul 2020 14:48
3 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin Ayasofyanın məscid olması qərarını Türkiyənin daxili işi adlandırıb.

Teleqraf.com-un məlumatına görə, o, jurnalistlərə bildirib ki, bu məsələ Rusiyada və dünyada böyük əks-səda doğurub: “Ancaq bu, Türkiyənin daxili işidir. Nə biz, nə də başqaları bu işə qarışmamalıyıq. Ayasofya dünya mədəniyyəti və sivilizasiyası üçün böyük əhəmiyyətə malikdir”.

Rus Pravoslav Kilsəsi bundan əvvəl verdiyi açıqlamada qərardan narahatlıq ifadə etmişdi.

Rusiya Xarici İşlər nazirinin digər müavini Aleksandr Qruşko da Ayasofyanın statusunun dəyişdirilmısindən təəssüfləndiyini bildirmiş, YUNESKO-nın qeydiyyatında olan bu abidənin qorunub saxlanması və əlçatan olması ilə əlaqədar bütün vəzifələri yerinə yetiriləcəyinə ümid etdiklərini söyləmişdi.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər