“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı Kobaniyə hücumları davam etdirir.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD şəhərdə daha iki məhəlləni ələ keçirib. Bu barədə Demokratik İttifaq Partiyasının (PYD) üzvü Asya Abdulla açıqlama verib: “İŞİD ağır silahlar və tanklarla iki məhəlləyə girib. Gərgin döyüşlərdə ölən və yaralananlar var. Koalisiya qüvvələrinin son günlər həyata keçirdiyi effektiv hava hücumları bölgədəki tarazlığı dəyişdirsə də, İŞİD hələ də ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır”.
Onun sözlərinə görə, Kobanidəki toqquşmalarda 400-dən artıq insan həyatını itirib, 170 mindən çox insan Türkiyəyə sığınıb. Bu arada ABŞ rəsmiləri Kobaninin yaxında İŞİD-in nəzarətinə keçəcəyini bildiriblər. Onlar Kobaninin ABŞ üçün prioritet məsələ olmadığını diqqətə çatdırıblar.
Samir