Misir Prezidenti Əbdülfəttah əl-Sisi Binqazidən Qahirəyə gələn Liviya tayfalarının başçıları ilə görüşüb.
Teleqrqaf.com xəbər verir ki, bu barədə Misir prezidentinin sözçüsü Bəssam Radi açıqlama verib.
Liviyadakı qiyamçı Haftar ordusunu dəstəkləyən tayfaların başçıları Misir prezidenti ilə bölgədəki son vəziyyəti müzakirə ediblər. Əlavə edək ki, bundan əvvəl liviyalı tayfalar Sisiyə müraciət edərək, ölkəyə ordu göndərməsini istəmişdilər.