Liviya və Suriyada Türkiyə ilə qarşı-qarşıya gələn Rusiya son dövrlər PKK/YPG-ya yaxınlaşmağa başlayıb. Son bir ay ərzində Rusiya, Əsəd rejimi və YPG bir neçə toplantı keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumatda iddia edilir ki, üçlü toplantılarda Rakka və Deyrəzzorun Suriya rejiminə verilməsi qarşılığında Rusiya və Əsəd YPĞ-ni Türkiyə əleyhinə qorumaq qarantiyası verilib.
Qeyd edilir ki, Əsəd, Rusiya və YPĞ arasında ilk görüş Dəməşqdə baş tutub. İkinci görüş isə Rakka yaxınlığında Tabka qəsəbəsində keçirilib.
İkinci görüşə Rusiya tərəfindən Suriyadakı rus ordusunun komandanı Aleksandr Çaiko qatılıb, YPG-li terrorçu Məzlum Kobanni ilə müzakirələr aparıb.