18 İyul 2020 12:47
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Xalqların Demokrat Partiyasının (HDP) Mardindən seçilən deputatı Tuma Çelik partiyasından istefa verib.

Teleqraf.com xəbər verir ki, deputatın bir xanıma təcavüz etdiyi haqda məlumat yayılıb, Mardin prokurorluğu onun deputat toxunulmazlığını ləğv etmək məqsədilə Türkiyə Böyük Millət Məclisinə müraciət edib. Bundan sonra deputat partiyasından istefa verdiyini açıqlayıb.

Mardin Prokurorluğunun hazırladığı iddianaməyə görə, Tuma Çelik 2018-ci il iyulun 24-də Mardində seçki kampaniyasına dair bir dərnəyin toplantısına qatılıb, burada bir qadına təcavüz edib.

Bununla kifayətlənməyən deputat qadına rahatlıq verməyib, təhdid və şantajla qadının ondan şikayət etməsinə mane olub.

HDP Çeliklə bağlı heç bir addım atmayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər