9 Oktyabr 2014 17:14
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Nitsa şəhərində yaşayan 11 nəfərlik ailə “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qatılmaq üçün Türkiyəyə ordan isə Suriyaya keçiblər.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, məlumatlarda ailənin tərkibində nənə, 3 gənc oğlan həyat yoldaşları və uşaqları olduğu bildirilir. Uşaqlardan ən kiçiyi 1 aylıq körpə olub.

Paris terrorizmlə bağlı mübarizə idarəsindən verilən xəbərdə faktla bağlı cinayət işinin qaldırıldığı qeyd edilib.

Qeyd edək ki, ABŞ və koalisiya güclərinin hava hücumlarına başladığı müddətdən İŞİD-ə qatılan avropalı vətəndaşların sayı durmadan artmaqdadır.

Samir


Müəllif:

Oxşar xəbərlər