Braziliya Prezidenti Jair Bolsonaronun üçüncü koronavirus testi də müsbət çıxıb.
Teleqraf.com xəbər verir ki, yerli mətbuat prezidentin vəziyyətinin yaxşı olduğunu yazır.
İyulun 7-də koronavirus testi pozitiv çıxan Jair Bolsonaro prezident iqamətgahında karantində olub. Bolsonaroun COVID-19-a laqeyd münasibəti əhalinin sərt reaksiyasına səbəb olmuşdu. Əvvəlcə epidemiyanın "kiçik bir qrip" olaraq xarakterizə edən prezident ölkədə epidemiya ilə mübarizə aparan əyalət qubernatorlarını tənqid etmişdi.
Qeyd edək ki, bu günə qədər Braziliyada 81 min 487 nəfər koronavirusun qurbanı olub, 2 milyon 159 min 654 nəfər isə infeksiyaya yoluxub.