9 Oktyabr 2014 21:26
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Kobani hadisələri ilə bağlı baş tutan aksiyalardan sonra dünya ölkələrindən Ankaraya tənqidi mesajlar gəlib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel məsələyə sərt reaksiya verib. Merkel Türkiyəni “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı heç bir addım atmamaqda günahlandırıb: “Əslində bir NATO ölkəsinin prioritetini yaxşı müəyyənləşdirməsi və ona görə hərəkət etməsi vacibdir. İŞİD ilə mübarizə Ankara üçün əsas məsələdir. Ankaranın mövqeyi bizə də təsir edir və zərər vurur”.

Türkiyənin Suriya siyasətinə daha bir tənqid də fransız qəzeti "Le Monde"dən gəlib. Qəzetdə “Kobani Türkiyənin səhvidir” adlı məqalə dərc olunub. Məqalədə Türkiyənin Suriya böhranına yönəlik siyasətlərinin regional və lokal olmaqla ikiqat faciə ilə nəticələndiyi bildirilir. Qeyd edilir ki, Türkiyənin müdaxiləsi Kobanidəki vəziyyəti dəyişdirə bilərdi.
Qəzet Türkiyənin İŞİD-in irəliləyişini dayandırmaq üçün addım atmamasına səbəb kimi Ərdoğan hökumətinin ölkə sərhədində müstəqil bir kürd bölgəsinin istəməməsini göstərir. Məqalədə həmçinin, Türkiyədə baş verən Kobani aksiyalarında bir çox insanın həyatını itirdiyi vurğulanır.

ABŞ-ın nüfuzlu "New York Times" qəzeti isə buna daha sərt fikir söyləyib. Qəzetdə dərc olunan yazıda əsas tənqid hədəfi Ərdoğan olub. Bildirilir ki, hazırda regionda baş verən böhranla bağlı Ərdoğan liderlikdən başqa hər şey edir.

Samir


Müəllif:

Oxşar xəbərlər