İkinci Dünya Müharibəsində milyonlarla insanın ölümünə səbəb olan nasist diktator Adolf Hitler haqqında yeni məlumatlar aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, məruzə xarakterli həmin yazı Harvard Universitetinin professoruHenri Mürrey tərəfindən hazırlanıb.
Yazıda Hitlerin cinsi oriyentasiyası və anasına olan vəsvəsəsinə qədər bir çox detallar yer alıb. 229 səhifəlik hesabatı professor Mürrey 1943-cü ildə Strateji Xidmətlər Ofisi üçün hazırlayıb.
Hitlerin şəxsiyyətini və keçmişini diqqətlə araşdıran Mürrey onun anasına olan vəsvəsəsinə diqqət çəkib. Professor iddia edir ki, diktator bir dəfə valideynlərini cinsi əlaqəyə girərəkən görüb. Bu da Hitlerin atasına olan nifrətini və vəsvəsəsini artırıb.
Tədqiqatçı Hitlerin normal insani münasibətlər qurmaq bacarığının olmadığını qeyd edir. O, bu səbəbdən Hitlerdən mərhəmət və humanist addım gözləməyin mənasız olduğunu bildirib.
Hitlerin xəstə və kövrək uşaqlıq dövrünün olduğunu deyən alim onun yaşıdları qədər ağıllı və böyük olmadığı üçün məktəbə getməkdən imtina etdiyini vurğulayıb.
Məruzədə Hitlerin hərbi və siyasi sahədəki xəstə ehtiraslarının şəxsi həyatına da təsir göstərdiyi bildirilib. Yazıda diktatorun qadınlarla münasibətlərinin təcavüzə qədər inkişaf elədiyinə diqqət çəkilib. Hitlerin tanışı olmuş qadınlardan biri onunla normal münasibət qurmağın mümkün olmadığını, qadınları alçaltmağı sevdiyini deyib.
Məruzədə Hitlerin fiziki xüsusiyyətləri ilə yanaşı, həm də xəstə (testis) olduğu məlumatları da yer alıb. Mürrey iddia edib ki, Hitler qadınların üzərinə idrar etməyi və cinsi əlaqə əsnasında təpik atmağı sevirmiş.