23 İyul 2020 22:38
3 532
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya, Çin və İranın ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə edəcəyini istisna etmirik”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Pompeo artıq ölkəsinin mümkün müdaxilərlə mübarizə aparmaq üçün bütün qüvvələrini səfərbər etdiyini deyib.

“Vaşinqton Tayms”ın məlumatına görə, ABŞ-da xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən seçicilərə təsir göstərmək və ictimai rəyi çaşdırmaq üçün yayılan saxta xəbərləri aşkar edib, onlarla mübarizə aparacaq mərkəzlər var. Artıq həmin mərkəzlər bu istiqamətdə fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər