“Ayasofyanın məscid kimi ibadətə açılması Yunanıstanda şok effekti yaratdı. Bu, yunanların qəlbinə ox sapladı”.
Teleqraf.com xəbər verir ki, bu barədə BBC-nin internet saytında dərc olunan məqalədə bildirilib.
Yunan jurnalist Steylo Berberakisin müəllifi olduğu məqalədə qeyd edilib ki, Türkiyə hökumətinin Ayasofya ilə bağlı məlum qərarı Yunanıstanın ictimai-siyasi dairələrində dərin travmaya yol açıb:
“Ayasofyanı ziyarət edən yunanlar buranın nə vaxtsa ən şanslı və ən görkəmli Pravoslav Kilsəsi olmasından qürur duyurdu və muzey kimi açıq olmasına şükr edirdi. Bu səbəbdən İstanbuldan atılan və Ayasofyanın ibadətə açılacağını xəbər verən oxun bütün yunanların ürəyinə saplandığını deyə bilərik”.