31 İyul 2020 21:53
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Dövlət Gəlirlər Komitəsinin istintaq və operativ axtarış üzrə idarəsinin bölmə rəisi Rafael Gülasaryan koronavirusdan ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirlər Komitəsindən bildirilib.

Qeyd olunub ki, həkimlər 41 yaşında olan Rafael Gülasaryanın həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Ermənistanda 38 550 nəfər virusa yoluxub, 738 pasiyent koronavirusun qurbanı olub, 28 997 nəfər infeksiyadan sağalıb.


Müəllif: Teleqraf.com