5 Avqust 2020 09:23
2 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada bu mərhələdə uşaq və yeniyetmələrə vaksin vurulmayacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Qamaleya adına Milli tibbi-tədqiqat mərkəzinin direktoru akademik Aleksandr Ginzburq deyib.

Bununla belə, o, uşaqların peyvəndə cəlb olunacağına ümid etdiyini bildirib: "Çox ümid edirəm ki, uşaqlara da peyvənd vurulacaq. Amma bizim qanunvericliyə görə, uşaqlara yeni dərman verilməsi və ya vaksin vurulması yalnız yaşlıların sınaqdan keçməsində tam dövrənin başa çatmasından sonra mümkündür".


Müəllif: Mahir