9 Avqust 2020 00:08
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində daha 16 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Onun sözlərinə görə, koronavirusdan ölənlərin ümumi sayı 5 829 nəfərə yüksəlib.

Nazir qeyd edib ki, ölkədə 1 172 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 239 622 nəfərə çatıb, koronavirusdan sağalanların sayı isə 222 656 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər