9 Avqust 2020 00:21
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyrutda davam edən iğtişaşlarda aksiya iştirakçıları dörd nazirlik binasına hücum təşkil ediblər.

Teleqraf.com xəbər verir ki, etirazçıların Livan Xarici İşlər Nazirliyi ilə yanaşı, İqtisadiyyat, Energetika və Ətraf Mühit Nazirliyinə də hücum etdiyi bildirilir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyətinin məlumatına görə, iğtişaşlar zamanı 238 nəfər xəsarət alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər