9 Avqust 08:53
780

Bu gün Belarusda prezident seçkiləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, əsas səsvermə üçün 5 767 seçki məntəqəsi yaradılıb.

Ölkədə 6,8 milyon əhali səsvermə hüququna malikdir. 36 ölkədə yaşayan Belarus vətəndaşları isə 44 məntəqədə səs verəcək.

Qeyd edək ki, prezidentlik uğrunda hazırkı Prezident Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskayan, “Belorus Sosial-Demokratik Qramada” partiyasının sədri Sergey Çereçnyan, “Düzünü danış” birliyinin həmsədri Andrey Dimitriyev və tutulan blogger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskaya mübarizə aparır.


Müəllif: Teleqraf.com