ABŞ-ın "Foreign Policy" nəşri Səudiyyə Ərəbistanı ilə gərginlik yaşayan Qətərlə bağlı sensasiyalı məqalə yayımlayıb.
Teleqraf.com xəbər verir ki, qəzet Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin ABŞ Prezidenti Donald Trampla 2017-ci ilin sentyabrın 6-da keçirdiyi görüşün təfərrüatlarını əldə edib.
Nəşrin yazdığına görə, kral Trampa Qətəri işğal etmək təklifini verib. ABŞ prezienti isə təklifi rədd edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi 2017-ci ildən etibarən Qətərə embarqo tətbiq edir.