Rusiyanın "MİR" telekanalı tərəfindən keçirilən "exit poll"un nəticələrinə əsasən Belarusda keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Aleksandr Lukaşenko qalib gəlib.
Teleqraf.com xəbər verir ki, sorğunun nəticələrinə əsasən Lukaşenko 79,7 faiz səs toplayıb. Onun rəqibi Svetlana Tixanovskaya isə seçkilərdə 6,8 faiz səs yığa bilib.