10 Avqust 2020 21:15
2 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Livandan bizə qarşı hücum edilsə, heç bir maneə olmadan bu savaşa girəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin Müdafiə naziri Benni Qantz deyib.

Nazir belə bir savaşın Livan üçün təhlükəli nəticələr doğuracağını vurğulayıb.

Yaxın Şərqdəki vəziyyətin uzun müddətdir kövrək olduğunu söyləyən Benni Qantz İranın da İsrail üçün təhlükə olduğunu və ona qarşı mübarizəni davam etdirəcəklərini diqqətə çatdırıb.

Onun sözlərinə görə, İran başda Suriya olmaqla, bütün bölgə dövlətlərinə qarşı pozucu fəaliyyətlər həyata keçirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər