İranın Ali Məhkəməsi casusluqda ittiham edilən iki nəfəri 10 il müddətinə azadlıqdan məhrum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ali Məhkəmənin mətbuat katibi Qulamhüseyn İslami bildirib.
O qeyd edib ki, xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində İranın Xarici İşlər və Sənaye nazirliklərində, eləcə də Atom Enerjisi üzrə Milli Agentlikdə çalışan 5 nəfər həbs edilib. Onlar müxtəlif sahələri əhatə edən məxfi məlumatları toplayaraq düşmən dövlətlərin xüsusi xidmət orqanlarına ötürürmüşlər.
On il müddətinə azadlıqdan məhrum edilən Məsud Müseyib və Şəhram Şirxani gəncləri casusluğa cəlb edərək onlardan faydalanırmışlar.
Digər 3 nəfərin məhkəmə prosesi davam edir.