15 Avqust 2020 19:52
2 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasındakı razılaşmaya reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Prezident Həsən Ruhani müqavilənin böyük bir səhv və xəyanət olduğunu vurğulayıb:

“Ümid edirəm ki, xəbərdarlıqlara qulaq asarlar və səhv yoldan dönərlər. Biz onlara xəbərdarlıq edirik. Bölgədə İsrail üçün yer yaratmayın. Əks təqdirdə fərqli cavab alacaqsınız”.

Qeyd edək ki, İsraillə BƏƏ arasındakı razılaşmanı ABŞ Prezidenti Donald Tramp açıqlamışdı. Razılaşmaya əsasən, İsrail Qərb sahilindəki bəzi əraziləri ilhaq etmək planını dayandırdığını açıqlayıb. Beləliklə, BƏƏ 1979-cu ildə Misirdən və 1994-cü ildə İordaniyadan sonra İsrail ilə normallaşma sazişi imzalayan üçüncü ərəb ölkəsi olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər