Belarus Prezidenti Aleksandr Lukaşenko tətilə gedən işçilərdən danışıb.
Teleqraf.com xəbər verir ki, o, seçkilərin nəticələrinə etiraz edərək tətilə gedən işçiləri işləməyə məcbur etməyəcəklərini bildirib.
“İşləmək istəyənlər işləsinlər, istəmirlər, biz onları məcbur etməyəcəyik”, - Lukaşenko bildirib.
Avqustun 9-da Belarusda baş tutan prezident seçkisindən sonra ölkədə kütləvi etiraz nümayişləri başlayıb. Bir çox müəssisələr tətil elan ediblər. Etirazçılar MSK-nın nəticələri əsasında seçkidə qalib gələn hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonu istefaya çağırırlar.