18 Avqust 2020 18:09
1 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Demokratik Milli Konqresdə onu tənqid edən keçmiş birinci xanım Mişel Obamanı sosial mediada tənqid edib.

Teleqraf.com xəbər verir ki, prezident Obamanın rəhbərlik etdiyi dönəmdə epidemiya ilə apardığı mübarizəni öz rəhbərliyi altında apardığı mübarizə ilə müqayisə edib.

"Xahiş edirəm, kimlərsə Mişel Obamaya əri Barak Obamanın gördüyü işlər olmasa, mənim bu gözəl Ağ Evdə olmayacağımı izah etsin”, - o bildirib.

Daha sonra Tramp Obama Administrasiyasının “H1N1” donuz qripi pandemiyasına necə reaksiya verdiyinə toxunub:

"Mənim hökumətim tarixin ən yaxşı iqtisadiyyatını inşa etdi, milyonlarla insanın həyatını qurtardı. İndi əvvəlkindən daha yaxşı bir iqtisadiyyat qururam, otur və bax”.

Qeyd edək ki, ABŞ-ın 44-cü birinci xanımı Mişel Obama ABŞ-ın 45-ci Prezidenti Donald Trampın nə etdiyini bilmədiyini dilə gətirərək "səhv prezident" adlandırmışdı. O qeyd edib ki, Tramp ölkənin iqtisadi tənəzzül, koronavirus pandemiyası və irqi bərabərsizliyi ilə sarsıldığı günlərdə uğursuz olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər