İsrailin Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra Sudanla normallaşma anlaşması imzalayacağı barədə Təl-Əvivdən verilən açıqlama təkzib olunub.
Teleqraf.com xəbər verir ki, Sudan Xarici İşlər Nazirliyinin sözçüsü Heydər Bədəvi İsrail tərəfinin bununla əlaqədar açıqlamasını təəccüblə qarşıladıqlarını deyib.
XİN-in rəsmi nümayəndəsi Sudanın bu məsələni İsraillə heç vaxt müzakirə etmədiyini, bu barədə aidiyyatı qurumlara təlimatın verilmədiyini bildirib:
“Sudan İsraillə əlaqələri bərpa etmək üçün ciddi səylər göstərdiyi barədə açıqlamanı təəccüblə qarşıladı”.
İsrail kəşfiyyatının rəhbəri Eli Koen BƏƏ-dən sonra Sudanın da yaxın günlərdə Təl-Əvivlə normallaşma sazişi imzalayacağını açıqlamışdı.