BMT-nin baş katibi Anqoniu Quterreş və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında görüş keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bunu brifinq zamanı BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.
Onun sözlərinə görə, görüş avqustun 20-si baş katibin şəxsi iqamətgahında baş tutacaq.
S.Cüjarrik bildirib ki, görüş zamanı tərəflər ABŞ-ın İrana qarşı sanksiyaları qaytarmaq niyyətini müzakirə edəcəklər.