Liviya Baş naziri Fayiz əs-Sərrac ölkədəki bütün hərbi qüvvələrə atəşkəs və hərbi əməliyyatların dayandırılması təlimatı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Liviya hökumətinin yaydığı açıqlamada bildirilib.
Açıqlamada atəşkəsin elan olunmasına səbəb kimi milli və siyasi məsuliyyət, bölgə və dünyadakı epdemioloji durum göstərilib.
Sərrac ölkədə birdəfəlik atəşkəsin olması üçün Sirtə və Cufranın azad edilməsinin vacib olduğunu bildirib.
Baş nazir qeyd edib ki, əsas məqsəd Liviyanın ərazi bütövlüyünü qorumaq, xarici və muzdlu qüvvələrin ölkə ərazilərindən çıxarılmasına nail olmaqdır.