21 Avqust 2020 19:15
5 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Konstantin Floros Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarına zəng edib.

Teleqraf.com xəbər verir ki, tərəflərin görüşündən sonra Aralıq dənizinin şərqində diqqət çəkən gəlişmə baş verib.

Görüşdə BƏƏ-nin Yunanıstanın Girit adasındakı Souda hərbi hava bazasına 4 ədəd “F-16” qırıcısı göndərmək barədə qərar verildiyi bildirilib.

Döyüş təyyarələrinin artıq adada yerləşdirildiyi açıqlanıb. BƏƏ ordusuna məxsus “F-16”-ların Yunanıstan Silahlı Qüvvələrinə aid qırıcılarla birlikdə təlimdə iştirak edəcəyi deyilib.

Gəlişmənin Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ Dövlət katibi Mayk Pompeo ilə bölgədəki vəziyyəti müzakirə etməsindən sonra baş verməsi də xüsusilə diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər