Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (COVID-19) pandemiyasının iki ildən az müddətdə bitəcəyini bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
“Hazırki dönəmdə virus sürətlə yayılır, ancaq onu dayandırmaq üçün texnologiyamız var. Buna görə iki ildən az müddətdə bu pandemiyanı bitəcəyinə ümid edirik”-deyə, o bildirib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib.