26 Avqust 2020 15:05
8 896
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanın Müdafiə Nazirliyi ölkədə ikinci ordu yaratmağa hazırlaşır”.

Teleqraf.com xəbər verir ki, bu haqda jurnalist Elçin Alıoğlu məlumat verib.

“Ermənistanın Müdafiə Nazirliyi ölkədə ikinci ordu yaratmağa hazırlaşır. “Müdafiə haqqında” qanuna ediləcək dəyişikliklər ölkədə “xalq səfərbərlik qüvvələri” adlı silahlı birləşmələrin yaradılmasını nəzərdə tutur. Könüllülərdən formalaşdırılacaq “səfərbərlik birlikləri” əsasən Ermənistanın Azərbaycanla həmsərhəd rayonlarında olaraq hərbi hissələrin nəzdinə veriləcək, briqada və alaylara bölünəcək”, - jurnalist bildirib.

O, Ermənistanın səhiyyə naziri Arsen Torosyanın vəzifəsindən kənarlaşdırılacağını da söyləyib: “Səbəb onun Feysbukda Narek Vanesyanla (Karantin zonalarının rəhbəri) yazışmasında Baş nazir Nikol Paşinyanı “sarsaq”, “xəstə”, “debil” və “bisavad” adlandırmasıdır.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti yazışmaları Paşinyana təqdim edəndən sonra o, çılğına dönüb. Torosyan sosial şəbəkələrdəki bütün profil və hesablarını silib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər