Kiyev-Xarkov magistralında “Vətənpərvərlər – Həyat üçün” hərəkatının üzvlərinin olduğu avtobus avtomat silahlardan atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Dumasının deputatı İlya Kiva məlumat verib.
O bildirib ki, bir neçə nəfər cinayətkarlar tərəfindən oğurlanıb.
Deputat hücum edən şəxslərin "Azov" batalyonunun üzvləri olduğunu bildirib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.