31 Avqust 2020 20:26
2 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə ilə Yunanıstan arasındakı qarşıdurmaya müdaxilə edən Fransa mövcud beynəlxalq vəziyyətə uyğun olmayan imperialist davranışlar sərgiləyir”.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makronun baş verənlər barədə açıqlamasına münasibət bildirən Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

Diplomatın fikrincə, Şərqi Aralıq dənizindəki münaqişələr yalnız sahil ölkələrinin səyləri ilə həll edilməlidir:

“Xəritələrə xətlər çəkərək imperialist düşüncələri müəyyənləşdirmə dövrü bitdi. Türkiyə öz gücü ilə qanuni hüquqlarını və mənafelərini qəsb etməyə çalışan hər kəsi cilovlaya bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər