1 Sentyabr 2020 01:16
1 448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın sabiq prezidenti, 85 yaşlı Pranab Mukercinin vəfatı ilə əlaqədar ölkədə yeddigünlük matəm elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Hindistan hökumətinin saytında yer alıb. Məlumatda bildirilir ki, avqustun 31-dən sentyabrın 6-dək Hindistan ərazisində matəm elan edilir. Bütün binalarda Hindistanın dövlət bayrağı endiriləcək və rəsmi tədbirlərin hamısı təxirə salınacaq.

Daha əvvəl Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind və Pranab Mukercinin oğlu Abxicit Mukerci “Twitter” hesablarında siyasətçinin vəfatı barədə məlumat veriblər. Pranab Mukerci Nyu-Dehlidə hərbi hospitalda vəfat edib. O, avqustun 10-da trombun çıxarılması üçün əməliyyat olunub. Bundan başqa, sabiq prezidentdə koronavirus aşkarlanmışdı.

Pranab Kumar Mukerci ölkədə ən hörmətli siyasi xadimlərdən biri idi. 2012-2017-ci illərdə Hindistanın prezidenti olub. Həmin vaxta qədər isə Maliyyə, Müdafiə və Xarici İşlər naziri vəzifələrində çalışıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər